​“Krımı mümkün qədər tez tərk edin!” Arestoviçdən çağırış

24.06.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Hörmətli krımlılar, mən sizin yerinizə olsaydım, Krımı mümkün qədər tez tərk edərdim”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi başçısının sabiq müşaviri, hazırda isə Ukrayna hakimiyyətinin əsas tənqidçilərindən biri olan və ABŞ-də mühacir həyatı yaşayan Aleksey Arestoviç deyib.

Arestoviç son efirində Krım əhalisi üçün ən yaxşı variantın vəziyyət daha da pisləşmədən yarımadadan getmək olduğunu deyib: “Çünki tezliklə bunu fiziki olaraq etmək çətin olacaq. Krımda elə şeylər gözlənilir ki... Odur ki, oradan getmək yaxşıdır”.

Qeyd edək ki, son günlər Krımda vəziyyət doğrudan da xeyli pisləşib. Yarımada yanacaqsız və elektriksiz qalıb. Krıma gedən bütün quru yollar Ukrayna PUA-larının atəş nəzarətinə götürülüb, körpülər, dəmiryol xətləri, hətta gəmilər də vurulur. Ukraynanın PUA və raket hücumları isə davam edir, hətta getdikcə daha da artır...

“AzPoitika.info”  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью