Krımın başçısını öldürmək istəyirmiş..?

23.06.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

...Məhkəmə Krımın rəhbəri Sergey Aksyonova sui-qəsddə təqsirli bilinən Vladimir Bodnarı 13 il müddətinə azadlıqdan məhrum edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Məhkəmə müəyyən edib ki, Bodnar könüllü olaraq mütəşəkkil dəstəyə qoşulub və cinayətdə şəriklər tapmalı olub.

24 fevral 2022-ci il və 8 may 2023-cü il tarixləri arasında o, Zaporojya bölgəsində olub və bir qadın taparaq ona yaxın planları haqqında danışıb.

Eyni zamanda o, Krımın başçısına qarşı casusluq edirdi və onu partlatmaq üçün maşınında bomba gizlədibmiş.

O, terror aktı törədilməzdən əvvəl saxlanılıb.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью