Kriminal avtoritet azərbaycanlı iş adamının maşınını yandırdı KONKRET

18.02.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda azərbaycanlı iş adamının avtomobili yandırılıb.

KONKRET.az lent.az-a istinadla bildirir ki, hadisə Qardabani şəhərində baş verib.

Gecə saatlarında Ələzir İrzayevin evinin həyətində avtomobilinə benzin tökülərək yandırılıb. Məlumata görə, hadisənin yerli kriminal avtoritet tərəfindən törədildiyi ehtimal olunur.

Hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью