Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Haitidə silahlı kriminal dəstələr ölkənin böyük hissəsində nəzarəti ələ keçirərək dövlət institutlarını iflic vəziyyətinə salıblar.
“Yeni Sabah” xəbər verir ki, həbsxanalara, polis bölmələrinə və hava limanına edilən silahlı basqınlar nəticəsində minlərlə məhbus azadlığa buraxılıb və ölkədə dövlət hakimiyyəti ciddi şəkildə zəifləyib.
Kriminal qruplaşmalar mülki əhaliyə qarşı ölümcül hücumlar təşkil edir, insanları girov götürür, məhəllələrdən zorla xərac toplayır, eləcə də qadın və uşaqlara qarşı kütləvi şəkildə cinsi zorakılıq halları törədirlər. Online alış-veriş
Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı son hesabata əsasən, ölkədə son üç ay ərzində baş verən zorakılıqlar nəticəsində azı 1 167 nəfər həyatını itirib, 344 nəfər isə cinsi zorakılıq qurbanı olub.
Yaranmış xaosun və cinayətkarlığın qarşısını almaq məqsədilə El Salvador hökuməti Haitiyə təxminən 2 500 nəfərlik hərbi kontingent göndərib. Salvador hərbçiləri yerli təhlükəsizlik qüvvələri ilə birlikdə silahlı dəstələrə qarşı keçirilən əməliyyatlarda iştirak edirlər.