Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“31 yaşlı qadın öldürüldü, əri tutuldu... 26 yaşlı gənc öldürüldü, xalası oğlu saxlanıldı... 30 yaşlı kişi bıçaqlandı, qayınatası tutuldu... 29 yaşlı gənc bıçaqlandı, atası şübhəli bilinir... 40 yaşlı kişi qayınanasını döydü... Kürəkən qayınatasını döyüb öldürdü... Bunlar son iki gündə oxuduğum xəbər başlıqlarıdır. Kriminal küçələrdən evlərə, ailələrin içinə sıçrayıb”.
Adalet.az xəbər verir ki, bunu tanınmış jurnalist Famil Cəfərli deyib.
Onun sözlərinə görə, ailə institutunun təməlində dayanan dəyərlər göz görəsi aşınıb getdikcə insanlar vəhşiləşir:
“İnsanlar vəhşiləşdikcə aşınma sürətlənir. Bu problemlə məşğul olmalı olan, bunun qarşısını almalı olan qurum (oxu: dükan) olsa da... Qidanın insanın fiziki və mənəvi sağlamlığına təsiri hələ antik dövrlərdən bəlli olan mübahisəsiz məsələdir. Kim nə deyir desin, bir manatlıq dönər, hel-mel, palma yağı, leşdən düzəlmə kolbasa-sosiska, it yemi sayılmalı olan ucuz, zəhərli, mənşəyi naməlum qidalar, dərmanla yetişdirilən broyler toyuqları, xaricdən daşınan ucuz ət öz işini görür. Bunun qarşısını almalı olan başqa bir qurum (oxu: dükan) olsa da... Əlbəttə, təkcə bunlar da deyil, başqa səbəblər də var. Bunların da üstünə gəl bərbad təhsili, bərbad səhiyyəni, psixi xəstəlik mənbəyinə çevrilən telefon və sosial şəbəkə asılılığını, daha nələri... Sabahı düşünəndə adamın ürəyi sıxılır”.
Vasif ƏLİHÜSEYN