Kriminal, qorxu, mistika sizi gərginlikdə saxlayacaq 5 film VİDEO

23.01.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əgər diqqətinizi tez cəlb edən, gərginliyi ilk dəqiqələrdən saxlayan və uzun “giriş” etməyən seriallar axtarırsınızsa - bu siyahı tam sizlikdir. 

Lent.az psixoloji və kriminal trillerlər, qorxulu atmosferli mistika və illər əvvəl gizlədilmiş sirlərin qəfil üzə çıxdığı hekayələrin olduğu 5 filmi təqdim edir.

“O və O” (His & Hers), 2026

Bu mini-serial detektiv keçmiş ər-arvad olan Anna və Cekdən bəhs edir. Onlar ayrı-ayrılıqda Corciyadakı doğma şəhərlərinə qayıdırlar ki, bir qadının qətlini araşdırsınlar. Ancaq onların qarşılaşması tezliklə bir-birlərinə qarşı şübhələrə çevrilir. Hadisələr iki fərqli baxış bucağundan təqdim olunduğu üçün tamaşaçı daim kimin doğru danışdığına şübhə edir.

“Cənab Mersedes” (Mr. Mercedes), 2017–2019

Bu, Stiven Kinqin romanı əsasında çəkilmiş kriminal trillerdir. Hekayədə detektiv Bill Hodces haqqında danışılır. O, köhnə bir işi unuda bilmir: naməlum şəxs oğurlanmış Mercedes avtomobili ilə iş yarmarkası yaxınlığında insanların üzərinə sürərək 16 nəfəri öldürür və qaçır. İllər sonra cinayətkar Hodceslə psixoloji “pişik-siçan” oyunu qurmağa başlayır.

“İpkress Dosyesi” (The Ipcress File), 2022

Bu casus trillerinin əsas qəhrəmanı Harri Palmerdir - keçmiş qaçaqmalçı. Britaniya xüsusi xidmətləri onu təhlükəli bir əməliyyata cəlb edir. Harri alim bir şəxsin yoxa çıxması və onun sirli ixtirası ilə bağlı araşdırmanın mərkəzinə düşür.

«207-ci Otaq» (Room 207), 2022

Misir istehsalı mistik qorxu serialıdır. Hadisələr 1968-ci ildə, dəbdəbəli bir otelin daxilində baş verir. Əsas qəhrəman - otelin administratoru - işə başlayır və 207-ci otaq barədə eşidir. Bu otağın ətrafında illərdir izaholunmaz və ölümcül hadisələr baş verir. O, həmin yerin sirrini açmaq istəyinə getdikcə daha çox aludə olur.

“Dəhlizdəki İşıq” (The Light in the Hall), 2022

Bu detektiv 18 il əvvəl yoxa çıxmış bir qızın hekayəsindən bəhs edir. Köhnə sirri açmağa çalışan jurnalist Ket Donatodur, çünki o, itkin düşən qızın uşaqlıq dostudur. Qəhrəman doğma şəhərciyinə qayıdır və nə baş verdiyini anlamaq üçün işi yenidən araşdırmağa başlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью