Kriminal seriala baxan ana ağlını itirdi oğlunu öldürmək üçün killer tutdu | Icma.az
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq. Rusiyanın Moskva şəhərində ana kriminal seriala baxandan sonra oğlunun öldürülməsini əmr
Milli.Az lent.az-a istinadən bildirir ki, 68 yaşlı qadın iki mənzilini ona qaytarmağı tələb edən oğlundan yaxa qurtarmaq qərarına gəlib.
Narkotik vasitələrin qanunsuz satışına görə 16 il həbs cəzası çəkən zaman o, mənzili anasına verib.
Həbsdə olduğu müddətdə ana oğlunun dörd mənzilindən ikisini sata bilib. Eyni zamanda, onun fikrincə, daşınmaz əmlakı çox ucuz satıb.
Mənzillə bağlı müntəzəm qalmaqallar moskvalı qadını oğlunu aradan qaldırmaq qərarına vadar edib.
Paytaxt bazarında ət satan rəfiqəsi bu işdə ona kömək etmək üçün könüllü olub.
O, tanıdığı təhlükəsizlik işçisini qatil olmağa inandıraraq, ona iş üçün bir milyon rubl vəd edib.
Təhlükəsizlik əməkdaşı polisə aldığı sifarişi və cinayəti kimin təşkil etdiyini bildirib.
Tam oxu
Xəbəri oxu