Krımla bağlı yeni iddialar: Trampın planı var

21.03.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“ABŞ Prezidenti Donald Trampın Krımı qlobal lüks kurortuna çevirmək niyyətində olması ilə bağlı iddialar həqiqətə uyğun deyil”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı politoloq Konstantin Bloxin deyib.

“Bu, heç də ona görə deyil ki, Krımı dünya kurortuna çevirmək mümkün deyil. Fikrimcə, amerikalıların bir çox başqa elit istirahət yerləri var. Ağ Ev sahibi çətin ki, Rusiya ilə bu barədə danışıqlara başlasın. Belə bir addım Trampla ABŞ Demokrat Partiyası arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirə bilər”.

Qeyd edək ki, bundan əvvəl amerikalı publisist və “Pulitzer” mükafatı laureatı Seymur Herş sözügedən iddia ilə çıxış etmişdi.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью