Moderator.az saytına istinadən Icma.az xəbər verir. Bu gün dünyada, eləcə də Azərbaycanda kriptovalyutalara maraq artmaqdadır.
Bitkoin və digər rəqəmsal valyutaların qiymətinin artması ilə bu maraq daha da genişlənib.
Lakin, İslam dünyasında bu yeni ticarət vasitəsinin istifadə edilib-edilə bilməyəcəyi ilə bağlı ciddi müzakirələr aparılmaqdadır.
Kriptovalyutaların İslam prinsiplərinə uyğunluğu ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Bəzi müsəlman ölkələrində kripto ticarətə icazə versələr də bəzilərində qadağandır.
Məsələn, Birləşmiş Ərəb Əmirlikləri maliyyə tənzimləyiciləri vasitəsi ilə Dubayın sərbəst zonasında rəqəmsal əlamətlərin istifadəsinə və ticarətinə icazə verməyə razı olublar.
Bəhreyn də, 2019-cu ildə kriptovalyutaya dəstəyini göstərən kriptovalyutalarla bağlı qaydalar da hazırlayıb.
Bunun əksinə olaraq, bəzi dominant Müsəlman ölkələri kriptovalyutaların qəbul edilməsinə, istifadəsinə və ticarətinə qarşı çıxırlar.