Kriptobazarda eniş dərinləşir: Bitcoin 78 min dollardan aşağı düşdü

31.08.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kriptovalyuta bazarında əsas aktivlər üzrə ucuzlaşma davam edir.

BAKU.WS xəbər verir ki, son 24 saatda Bitcoin 0,44% geriləyərək 77 824 dollara, "Ethereum" 1,42% azalaraq 2 423 dollara düşüb. "XRP" 2,88%, "Solana" isə 2,97% ucuzlaşıb.

Bazarın ümumi kapitallaşması 2,61 trilyon dollara enib. Eyni zamanda, likvidasiyaların həcmi kəskin artaraq 391,75 milyon dollara çatıb.

Analitiklər enişi ABŞ-da faiz artımı gözləntilərinin güclənməsi ilə əlaqələndirirlər. FED-in sentyabr iclasında faiz artıracağı ehtimalının 57%-ə yüksəlməsi və istiqraz gəlirliliyinin artması investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью