Kriptobirjada əsas aktivlər üzrə artım müşahidə olunub

20.06.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə müsbət dinamika müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, bazar kapitallaşması son 24 saatda 1,26% artaraq 2,18 trilyon dollara yüksəlib.

Lider kriptovalyuta olan “Bitcoini”n (BTC) qiyməti son sutkada 1,29% artaraq 63 454 dollara çatıb. Ethereum (ETH) isə 1,55% bahalaşaraq 1 723 dollardan ticarət olunub.

İlk onluqda yer alan aktivlərdən BNB 2,10%, Bitcoin Cash (BCH) 2,90%, Bittensor (TAO) 1,09% və CoinMarketCap 20 Index (CMC20) 1,84% bahalaşıb.

Qızılın qiymətinə indekslənmiş rəqəmsal aktivlərdən PAX Gold (PAXG) son sutkada 0,25%, Tether Gold (XAUt) isə 0,21% ucuzlaşıb.
Günün ən güclü nəticələrindən biri Zcash (ZEC) tərəfindən qeydə alınıb. Aktiv son 24 saatda 4,61% bahalaşıb. Monero (XMR) isə 3,51% dəyər itirib.

Qeyd edək ki, CoinMarketCap-in "Fear & Greed Index" göstəricisi 21 bənd səviyyəsində qalır ki, bu da bazarda hələ də qorxu əhval-ruhiyyəsinin üstün olduğunu göstərir.

Analitiklər bazardakı yüksəlişi son günlər risk aktivlərinə marağın artması, ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntilərin yumşalması və investorların əsas kriptovalyutalarda ucuzlaşmadan sonra yenidən alışlara üstünlük verməsi ilə əlaqələndirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью