Apa.az saytına istinadən Icma.az xəbər verir.
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,22% artaraq 83 249,65 ABŞ dollarına yüksəlib. Kriptovalyuta son 7 gündə 3,98% ucuzlaşsa da, son 30 gündə 7,05% bahalaşıb.
“Ethereum” 0,20% bahalaşaraq 2 670,60 dollara, “Zcash” 1,83% artaraq 1 402,57 dollara, BNB isə 0,07% yüksələrək 759,45 dollara çatıb. “Monero” 0,31% ucuzlaşaraq 538,70 dollara, “Bitcoin Cash” 0,02% azalaraq 305,41 dollara, “Bittensor” isə 0,36% geriləyərək 300,83 dollara enib.
Qızıl əsaslı kriptovalyutalarda da bahalaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 0,86% artaraq 4 180,23 dollara, “Tether Gold” (XAUT) isə 0,83% bahalaşaraq 4 173,46 dollara yüksəlib.
“CoinMarketCap 20” indeksi son 24 saatda 0,05% azalaraq 173,12 bənd təşkil edib.
Analitiklər bildirirlər ki, “Bitcoin”in cüzi bahalaşmasına neft qiymətlərinin geriləməsi və ABŞ dövlət istiqrazları bazarında əvvəlki kəskin satışların səngiməsi müəyyən dəstək verib. Bununla belə, ABŞ istiqrazlarının yüksək gəlirliliyi və faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilər riskli aktivlərə təzyiq göstərməkdə davam edir.