Kriptobirjada son durum Bitcoin ucuzlaşıb

27.04.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, "Coinmarketcap" platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,33% azalaraq 77 837 ABŞ dolları təşkil edib və onun bazar kapitallaşması 1,558 trilyon dollar səviyyəsində qərarlaşıb. “Ethereum”un qiyməti isə 0,07% artaraq 2 332 ABŞ dollarına yüksəlib, bazar dəyəri 281,6 milyard dollar olub.

BNB 0,30% ucuzlaşaraq 630,51 dollara, “Bitcoin Cash” 1,10% ucuzlaşaraq 449,64 dollara enib. “Monero”nun qiyməti 2,26% artaraq 385 dollar, “Bittensor”un qiyməti 1,51% artaraq 250,82 dollar olub, “Zcash”in qiyməti isə 1,46% azalaraq 352,69 dollar olub.

Qızıla indekslənmiş tokenlərdə də dəyişiklik qeydə alınıb. “PAX Gold”un qiyməti 0,25% artaraq 4 706 dollar, “Tether Gold”un qiyməti isə 0,16% artaraq 4 700 dollar səviyyəsində olub.

Bazarın ümumi kapitallaşması son 24 saatda 0,08% azalaraq 2,6 trilyon ABŞ dollarına enib. Ümumi mənzərəsi göstərir ki, aktivlərin bir hissəsində artım olsa da, ümumi dinamika zəif olaraq qalır. “Fear & Greed Index”in 45 səviyyəsində olması investorların ehtiyatlı mövqedə qaldığını göstərir.

Analitiklər hesab edirlər ki, bazardakı qeyri-müəyyənlik əsasən qlobal makroiqtisadi gözləntilər, mərkəzi bankların faiz siyasəti ilə bağlı siqnallar və investorların riskli aktivlərə marağının zəifləməsi ilə bağlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью