Kriptovaloyuta bazarının əsas oyunçularından birində Rusiya izi aşkarlandı

29.11.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, qəzet USDT stabilkoinini buraxan Tether şirkətinin ən böyük səhmdarlarından birinin rus milyarder Vitali Bezrodnıx olduğunu yazır.
56 yaşlı Novosibirsk sakini əvvəllər Kaspersky Lab-da yüksək vəzifələr tutub və şirkətdə pay sahibi olub.

Mənbələrə görə, rusiyalı Tether-ə təxminən 2017-ci ildə, kriptovalyuta bumunun başlanğıcında investisiya qoyub. Bu gün onun payı bir neçə milyard dollar dəyərində qiymətləndirilir. Tether-in özü təxminən 200 milyard dollar dəyərində qiymətləndirilir və buraxdığı USDT-nin həcmi 174 milyard dollara çatıb.

Bezrodnıx həmçinin Tether ilə sıx əməkdaşlıq edən və Bitcoin infrastrukturunun inkişafına investisiya qoyan Fulgur Ventures vençur kapital fondunun təsisçisidir.

İndiyə qədər dünyanın ən böyük kripto nəhənglərindən birində rusiyalı səhmdarın olması ictimaiyyətə açıqlanmayıb. Onun payının dəqiq ölçüsü hələ də məlum deyil.

Xatırladaq ki, 2024-cü ildə ABŞ Kaspersky Lab proqram təminatının satışını qadağan edib, üç törəmə şirkətini qara siyahıya salıb və 12 yüksək vəzifəli rəhbərə sanksiyalar tətbiq etmişdir. Amerika hakimiyyəti şirkəti Kremlin adından Rusiya hərbi və kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etməkdə günahlandırıb. Lakin Bezrodnıxın Rusiya kəşfiyyatı ilə şəxsi əlaqələri sübut olunmayıb.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью