Kriptovalyuta bazarının son göstəriciləri

28.02.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 28-da kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:29-da “CoinMarketCap” platformasında 6.66% ucuzlaşaraq 79 638 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.99% azalaraq 2 111 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 8%, BNB isə 6.97% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью