Kriptovalyuta bazarının son göstəriciləri

21.04.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 21-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:25-də “CoinMarketCap” platformasında son 24 saatda 2.64% bahalaşaraq 87 408 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.56% artaraq 1639 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.49%, BNB isə 1.60% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью