Kriptovalyuta bazarının son göstəriciləri

05.06.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyun ayının 4-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:50-də “CoinMarketCap” platformasında 0.67% ucuzlaşaraq 104 765 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.49% azalaraq 2614 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.91%, BNB isə 0.50% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью