Kriptovalyuta bazarının son göstəriciləri Bitcoin in qiyməti kəskin azalıb

02.02.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevral ayının 2-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 4.11% ucuzlaşaraq 75 447 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.88% azalaraq 2218 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 5.69%, BNB isə 3.96% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью