Kriptovalyuta böhranı Tramp ailəsinə zərbə vurdu: 1 milyard dollar itdi

27.11.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

Kriptovalyuta bazarındakı böhran və kəskin dəyər itkisi Donald Tramp ailəsinin rəqəmsal aktiv investisiyalarına ağır zərbə vurub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda məşhur "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, yaranmış böhranlı vəziyyət ailənin sentyabrın əvvəlində 7,7 milyard dollar olan sərvətini kiçildib: "Tramp ailəsi nə az, nə çox- düz bir milyard dollar ziyana düşüb. İndi ailənin bu sahədəki sərvəti 6,7 milyard dollara düşüb".

Lamiyə 
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью