Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Polşanın dövlət enerji şirkəti Orlen-in Venesueladan neft almaq cəhdi ölkədə böyük maliyyə qalmaqalına səbəb olub.
Banco.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, Orlen-in İsveçrədəki törəmə şirkəti "Orlen Trading Switzerland" (OTS) 2023-cü ilin sonuna qədər Venesueladan neft almaq üçün ən azı 230 milyon dollar əvvəlcədən ödəniş edib.
Lakin şirkət ödədiyi vəsaitin qarşılığında neftin yalnız kiçik hissəsini əldə edə bilib və məbləğin böyük hissəsi geri qaytarılmayıb.
Məlumata görə, sözügedən əməliyyatda kriptovalyuta ilə ödəniş edilib.
Hadisə Polşada dövlət şirkətlərinin xarici ticarət əməliyyatlarına nəzarət və risklərin idarə olunması ilə bağlı ciddi suallar yaradıb.