Kriptovalyuta şirkətləri Aİ yerinə ABŞa üstünlük verəcək (SƏBƏB) | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Donald Trampın kriptovalyutaları dəstəkləməsi, Avropanın rəqəmsal aktivlərlə bağlı ye
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” məlumat yayıb.
Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance” kimi şirkətlər Trampın ABŞ-ı "planetin kripto paytaxtı" etmə vədindən sonra diqqətini ABŞ-a yönəltmək niyyətində olduqlarını bildiriblər.
İndustriyanın rəhbərləri və analitiklərin fikrincə, kriptoya dəstək verən Ağ Ev, xüsusən də Avropa İttifaqının 30 dekabrdan qüvvəyə minəcək yeni qaydaları ilə müqayisədə, böyük cazibə mərkəzinə çevriləcək.
Avropa İttifaqının Kriptoaktivlər Bazarı Tənzimləməsi (MiCA) olaraq tanınan qaydaları, FTX birjası, həmçinin Genesis və Celsius kredit verənlərinin çökməsindən sonra ictimaiyyəti qorumaq məqsədilə çərçivə yaratmağı hədəfləyir.
Bu standartlar əvvəllər kriptoaktivlər sahəsində qlobal tənzimləmənin nümunəsi kimi qiymətləndirilirdi.
Brookings İnstitutunun baş tədqiqatçısı "Esvar Prasad” "Əvvəlki ABŞ administrasiyası dövründə MiCA kripto sənayesinə yenilikləri məhdudlaşdırmadan baxmaq üçün yaxşı yol kimi görünürdü" deyə qeyd edib.
Ancaq Trampın qələbəsindən sonra "Avropadan istənilən formada kripto fəaliyyəti miqrasiyasını görəcəyik, çünki ABŞ-da hər şey daha da asanlaşacaq, – deyə Prasad əlavə edib.
Tam oxu
Xəbəri oxu