Kriptovalyutalar bahalaşıb “Bitcoin”in qiyməti 64 min dollara yaxınlaşır

10.07.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Son 24 saat ərzində kriptovalyuta bazarında əsasən müsbət dinamika qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, ən böyük kriptovalyuta olan Bitcoin (BTC) 2,96% bahalaşaraq 63 811,42 ABŞ dollarına yüksəlib.
Qızıl əsaslı tokenlərdən PAX Gold (PAXG) 1,53% artaraq 4 115,91 ABŞ dollarına, Tether Gold (XAUt) isə 1,44% bahalaşaraq 4 108,92 ABŞ dollarına çatıb.
Altkoinlər arasında Ethereum (ETH) 2,20% artaraq 1 769,68 ABŞ dollarına, BNB 1,23% bahalaşaraq 574,19 ABŞ dollarına, Bitcoin Cash (BCH) isə 3,76% yüksələrək 241,95 ABŞ dollarına satılıb.
Digər əsas kriptovalyutalardan Monero (XMR) 0,68% ucuzlaşıb, Bittensor (TAO) isə 5,52% bahalaşıb.
Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,19 trilyon ABŞ dollarına yüksələrək son 24 saatda 2,45% artıb.
Analitiklərə görə, bazardakı yüksəlişə əsasən investorların riskli aktivlərə marağının artması və “Bitcoin”lə yanaşı digər iri kriptovalyutalara tələbin güclənməsi təsir göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью