Kris Braun hakim qarşısında Müğənnini üç ilədək həbs cəzası gözləyir

26.10.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyaşöhrətli müğənni Kris Braunun keçmişdəki insidenti yenidən gündəmə gəlib.

Kulis.az xəbər verir ki, ifaçı 2023-cü ildə Londondakı gecə klubunda musiqi prodüseri Abraham Diava butulka ilə hücum etməkdə bağlı iş üzrə oktyabrın 26-da məhkəmə qarşısına çıxıb.

Braun iyul ayında ictimai asayişin pozulması ilə bağlı ittihamı qəbul edib və onu üç ilədək həbs cəzası gözləyə bilər.

İş 2023-cü ilin fevralında Mayfairdə yerləşən “Tape” gecə klubunda baş verən hadisə ilə bağlıdır. Prokurorluğun təqdim etdiyi məlumata görə, insident müşahidə kameralarına düşüb və hadisə çoxsaylı insanların qarşısında baş verib. Razılaşma çərçivəsində daha ağır ittihamların bir qismi geri götürülüb. Müğənninin dostu və vokal məşqçisi Omololu Akinlolu da eyni hadisə üzrə özünü təqsirli bilib.

Elza Seyidcahanın Rəşid Mahmudova qarşı iddiası üzrə qərar verildi "Zorakılığın əsas səbəbi insanın özünü cilovlamağı öyrənməməsidir..." - İoanna Kuçuradinin sitatları Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью