Kris Rayt: ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır

13.09.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ İslam Respublikası uranın zənginləşdirilməsindən imtina etdiyi təqdirdə İranı nüvə yanacağı ilə təmin edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Bloomberg" agentliyinə bildirib.

"Biz (İrana nüvə) yanacağı xaricdən tədarük edə bilərik. Onlar yenidən ölkələr birliyinə qoşula, öz xalqına sülh və rifah gətirə bilərlər", - o bildirib.

Rayt əlavə edib ki, ABŞ İslam Respublikasının nüvə proqramı məsələsini danışıqlar yolu ilə həll etməyə üstünlük verərdi, lakin hərbi əməliyyatlara da hazırdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью