“Kristal Abşeron” və “Changers Academy” birlikdə yeni tədris və iş imkanları təqdim edir! …
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İnşaat sahəsində karyera qurmaq istəyənlər üçün yeni tədris və iş imkanı “Kristal Abşeron” və “Changers Academy” birgə əməkdaşlıq çərçivəsində yeni tədris və iş proqramı təqdim edir.
Bu proqram tikinti sahəsində təcrübə qazanmaq, karyerasına sıfırdan başlamaq və mövcud biliklərini inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub.
Tikinti layihələrinin idarə olunması tədris proqramı 3 ay müddətində davam edəcək və bu müddət ərzində iştirakçılar layihə idarəetmə prinsipləri, inşaat proseslərinin mərhələləri, resurs planlaması, büdcə, vaxt və risklərin idarə edilməsi kimi sahələrdə biliklər əldə edəcəklər.
Tədris müddətində tələbələr “Kristal Abşeronun” inşaat layihələrində iştirak edərək sahə və ofis texniki gəzintilərində yer alacaq, real praktiki təcrübə qazanacaqlar.
Tədris proqramını uğurla tamamlayan iştirakçılar “Kristal Abşeron”da iş imkanı əldə etmək şansı qazanacaqlar.
Hazırda qeydiyyat davam edir və qısa müddət ərzində yeni qrupların tədrisə başlaması planlaşdırılır.
Proqramın əsas üstünlüyü ondadır ki, iştirakçılar öyrəndikləri nəzəri bilikləri birbaşa real layihələr üzərində tətbiq edəcəklər.
Tam oxu
Xəbəri oxu