Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Xırdalan şəhərində, Kristal Abşeron yaşayış kompleksinin 9-cu binasının qarajının giriş-çıxış hissəsinə yaxın ərazidə avtomobilin düzgün park edilməməsi hərəkəti çətinləşdirib.
Avtosfer.az xəbər verir ki, 90-FO-633 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobil qarajın giriş-çıxışına yaxın yerdə saxlanılıb. Sakinlərin sözlərinə görə, görüntülər səhər saat 08:00-dan əvvəl çəkilib.
Bildirilir ki, həftə sonu olduğundan sakinlərin əksəriyyəti evdədir. Bu səbəbdən yaxın 1-2 saat ərzində ərazidə avtomobillərin hərəkətinin daha da çətinləşəcəyi gözlənilir.
Sakinlər aidiyyəti qurumların məsələyə diqqət yetirməsini xahiş edirlər.
Eltac