“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib

23.10.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Kristal Bakı” Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlara 2024-cü ilin maliyyə nəticələri əsasında dividend ödənilməsi məsələsini müzakirəyə çıxarıb.

Marja.az xəbər verir ki, bu barədə şirkətin 15 oktyabr 2026-cı il tarixli rəsmi bildirişində məlumat verilib.

Bildirilib ki, səhmdarların növbədənkənar ümumi yığıncağı 16 oktyabr 2026-cı il tarixində, saat 09:00-da Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 113E ünvanında keçirilib.

Yığıncağın gündəliyinə yalnız bir məsələ – 2024-cü ilin xalis mənfəətinə əsasən dividend verilməsi daxil edilib.

Qeyd edək ki, şirkətin daha əvvəl açıqlanmış audit edilmiş maliyyə hesabatına əsasən, “Kristal Bakı” ASC 2024-cü ili 3 milyon 277 min 745 manat xalis zərərlə başa vurub. Həmin ilin sonunda şirkətin yığılmış zərəri 33 milyon 409 min manata, mənfi məcmu kapitalı isə 32 milyon 409 min manata çatıb.

Beləliklə, dividend ödənişinin müzakirəyə çıxarılması ilə şirkətin açıqladığı 2024-cü il maliyyə nəticələri arasında izah tələb edən uyğunsuzluq yaranır.

Xüsusilə, yığıncağın gündəliyində 2024-cü ilin xalis mənfəətinə istinad olunmasına baxmayaraq, audit edilmiş maliyyə hesabatında həmin il üzrə mənfəət deyil, zərər göstərilib. Bildirişdə dividendin məbləği, ödəniş mənbəyi və səhmdarların qəbul etdiyi yekun qərar açıqlanmır.

Şirkətin 2024-cü il maliyyə hesabatına əsasən, səhmlərin 50%-i Pərviz Vəliyevə, 25%-i Fərid Nəbiyevə, qalan 25%-i isə Araz Nəbiyevə məxsusdur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью