Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Kristal Palas"dan hücumçuya 52 milyonluq təklif var
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Kristal Palas" klubu hücum xəttini gücləndirmək üçün böyük məbləğdə vəsait ayırıb.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Klub "Vulverhempton"un hücumçusu Yorgen Strand Larseni heyətinə qatmağa hazırlaşır.
London təmsilçisi bu keçid üçün 45 milyon funt sterlinq (təxminən 52 milyon avro) ödəyəcək. Sövdələşmədə əlavə 5 milyon funt sterlinq (5,8 milyon avro) bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, "Sarpsborq"un yetirməsi olan, vaxtilə "Milan" akademiyasında və Niderlandın "Qroningen" klubunda çıxış edən Larsen cari mövsümdə meydana çıxdığı 25 oyunda 6 qol vurub.