“Kristal Palas”da baş məşqçinin taleyi həll olundu 0:5 dən sonra qərar

20.10.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə Premyer Liqasında “Brayton”a 0:5 hesabı ilə məğlub olan “Kristal Palas”ın rəhbərliyi baş məşqçi Pyer Sajı hələlik istefaya göndərməmək qərarına gəlib.

İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, klubun prezidenti Stiv Periş fransalı mütəxəssislə yolları ayırmaq variantını nəzərdən keçirsə də, sonda ona vəziyyəti düzəltmək üçün əlavə vaxt verməyə qərar verib.

“Brayton”la qarşılaşmada ilk on dəqiqədə üç qol buraxan London təmsilçisi prinsipial rəqibinə qarşı ən böyük məğlubiyyətlə bağlı antirekordunu təkrarlayıb. Komanda Premyer Liqanın yeddi turunda 17 qol buraxıb ki, bu da turnirdə ən pis göstəricidir.

Hazırda turnir cədvəlində 14-cü pillədə qərarlaşan “Kristal Palas”ın Avropa Liqasında “Beşiktaş”, Premyer Liqada isə “Nyukasl”la keçirəcəyi qarşılaşmalarda da Saja güvənəcəyi gözlənilir.

Bununla belə, rəhbərlik baş məşqçiyə nəticələrin yaxın müddətdə yaxşılaşmalı olduğunu çatdırıb.

Sajla klub rəhbərliyi arasında münasibətlər yay transfer dövründən gərginləşib. Buna səbəb məşqçinin istədiyi bəzi futbolçuların transfer edilməməsi, eləcə də start heyəti və əvəzetmələrlə bağlı qərarlarının suallar doğurması olub.

“Kristal Palas”ın baş məşqçi postuna mümkün namizədlər arasında Kiran Makkenna və Tomas Frankın adları çəkilir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью