“Kristal Palas”ın yetirməsi Azərbaycanda SON DƏQİQƏ

30.06.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərəli Kil Spens gələn mövsümü Azərbaycanda keçirəcək.

Sportal.az Sportinfo.az-a sistinadən xəbər verir ki, adıçəkilən legioner "Karvan"la anlaşıb.

28 yaşlı vinger 16 ildən sonra Premyer Liqaya dönmüş Yevlax klubu ilə 1 illik müqavilə imzalayıb.

"Kristal Palas"ın yetirməsi yaxın günlərdə ölkəmizə təşrif buyuracaq.

Ümumiyyətlə, "Karvan" onun karyerasında 14-cu komanda olacaq. Spens buna qədər ölkəsi ilə yanaşı, Norveç, Litva, Almaniya və İspaniyada çıxış edib.

O, son olaraq Şimali İrlandiyada "Kolerayn"nın formasını geyinib.

Ötən illər ərzində "Hampton", "Kinqstonian", "East Qrinstad Taun", "Valdres", "Alta", "Oyqarden", "Hegelmann", "FSV Frankfurt", "Velez" və "Qżira Yunayted"in şərəfini qoruyub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью