Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Kristal Pelas" Pyer Sajı istfeya göndərəcəyi halda baş məşqçi postuna Şon Dayçın namizədliyini gözdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Premyer Liqanın doqquzuncu turunda "Nyukasl"a 0:2 hesablı məğlubiyyətdən snra fransız mütəxəssisə qarşı təzyiqlər daha da artıb. Saj komandaya dörd ay əvvəl rəhbərlik etməyə başlayıb. Komanda bu müddət ərzində çempionatda cəmi iki qələbə qazana bilib.
55 yaşlı Dayç fevralda "Nottingem Forest"dən ayrıldıqdan sonra işsizdir. O, daha əvvəl "Bernli"nin "sükanı arxasında" olub. Həmin dövrdə komandanın iki dəfə Premyer Liqaya yüksəlməsinə nail olub və klubun ardıcıl altı mövsüm yüksək divizionda qalmasına kömək edib.
Qeyd edək ki, "Brentford"un keçmiş baş məşqçisi Tomas Frank və "Volverhempton"un sabiq çalışdırcısı Vitor Pereyranın adı da "Kristal Pelas"la yanaşı hallanır.