Kristal Pelas da qələbə həsrəti davam edir: 11 matçlıq uğursuz seriya

26.01.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqasında çıxış edən "Kristal Pelas" son aylarda ciddi böhranla üz-üzə qalıb.

Fanat.Az xəbər verir ki, London təmsilçisi bütün turnirlər daxil olmaqla çıxdığı son 11 qarşılaşmanın heç birində qələbə qazana bilməyib.

Xüsusilə son olaraq "Çelsi"yə qarşı keçirilən oyunda alınan 1:3 hesablı məğlubiyyət komandadakı gərginliyi daha da artırıb. Hazırda Premyer Liqada davam edən ən uzun qələbəsiz seriyaya malik olan "qartallar"ın bu müddətdəki göstəriciləri azarkeşləri məyus edib.

Klubun qələbə qazana bilmədiyi son 11 qarşılaşmanın nəticələri ardıcıllıqla belədir:

• "Mançester Siti"yə 0-3 hesablı məğlubiyyət

• "KuPS" ilə 2-2 hesablı bərabərlik

• "Lids Yunayted"**ə 1-4 hesablı məğlubiyyət

• "Arsenal" ilə 1-1 hesablı bərabərlik

• "Tottenhem"ə 0-1 hesablı məğlubiyyət

• "Fulhem" ilə 1-1 hesablı bərabərlik

• "Nyukasl"a 0-2 hesablı məğlubiyyət

• "Aston Villa" ilə 0-0 hesablı bərabərlik

• "Makklesfild"ə 1-2 hesablı məğlubiyyət

• "Sanderlend"ə 1-2 hesablı məğlubiyyət

• "Çelsi"yə 1-3 hesablı məğlubiyyət

Baş məşqçi Oliver Qlasnerin rəhbərliyi altında komandanın turnir cədvəlindəki geriləməsi və ard-arda alınan məğlubiyyətlər klub rəhbərliyini ciddi qərarlar vermək məcburiyyətində qoya bilər.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью