“Kristal Pelas” satışa çıxarılır?

16.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Kristal Pelas” satışa çıxarılır?

“Kristal Pelas”ın amerikalı həmsahibləri klubun gələcəyi ilə bağlı müxtəlif variantları nəzərdən keçirirlər.

QOL.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, səhmdarlar yeni investorların cəlb olunması və ya klubun tam satılması imkanlarını qiymətləndirmək üçün artıq “Raine Group”un bankirlərini prosesə cəlb ediblər.

Hazırda London klubunun əsas səhmdarları “Apollo”nun həmtəsisçisi Coş Harris, “Blackstone”un sabiq rəhbərlərindən David Blitser və “Johnson & Johnson” ailəsinin üzvü Vudi Consondur. Klubun prezidenti Stiv Periş də səhmdarlar sırasındadır.

Məlumata görə, Harris və Blitser hər biri 30 faiz, Conson 43 faiz, Periş isə 10 faiz paya sahibdir.

Qeyd edək ki, “Kristal Pelas” son illərdə tarixinin ən uğurlu dövrünü yaşayıb. Klub ötən 12 ay ərzində ilk böyük kuboklarını qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью