“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu

11.11.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu

“Kristal Pelas” baş məşqçi vəzifəsi üçün Tomas Frankla danışıqları davam etdirir. 

QOL.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Danimarkalı mütəxəssis klubun əsas namizədi hesab olunur.

London təmsilçisi ötən bazar günü Premyer Liqada “Liverpul”a evdə 1:3 hesabı ilə uduzub. Görüşdən bir neçə saat sonra baş məşqçi Pyer Sajın istefaya göndəriləcəyi barədə xəbərlər yayılıb. Lakin bu qərar hələ rəsmən təsdiqlənməyib.

Məlumata görə, “Kristal Pelas” artıq Sajın əvəzləyicisi ilə bağlı danışıqlara başlayıb. Klub Tomas Frankla hələ razılıq əldə etməsə də, tərəflər arasında müzakirələr davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью