Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Kristal” rebrendinq çərçivəsində tamamilə yenilənmiş və funksional imkanlarla zənginləşdirilmiş www.kristal.az veb-saytını ictimaiyyətin istifadəsinə təqdim edib.
Yeni sayt müasir istifadəçi tələblərinə cavab verən dizaynı, geniş məlumat bazası və rahat interfeysi ilə həm mənzil axtaranlar, həm də daşınmaz əmlak sahəsində qərar vermək istəyən investorlar üçün əvəzolunmaz rəqəmsal platformaya çevrilir.• Bütün layihələr bir toxunuşla qarşınızda.
Yenilənmiş kristal.az veb-saytı vasitəsilə istifadəçilər artıq “Kristal” şirkətinin təhvil verilmiş və inşası davam edən bütün layihələri, onların yerləşdiyi ərazilər, mənzillərin sahələri, otaq sayı, təklif olunan qiymət aralıqları və digər vacib parametrlər haqqında ətraflı məlumat əldə edə biləcəklər.
Yeni platforma bu məlumatları sadə, vizual və rahat formada təqdim edərək istifadəçiyə seçim prosesini daha aydın və sürətli şəkildə aparmağa şərait yaradır.• Birbaşa inteqrasiyalı təkmilləşdirilmiş mənzil axtarış sistemi və ipoteka kalkulyatoru.
Saytda inteqrasiya edilmiş dəqiq ipoteka kalkulyatoru vasitəsilə istənilən mənzil üzrə ilkin ödənişi, aylıq ödənişləri və ümumi kredit dəyərini bir neçə saniyə ərzində hesablamaq mümkündür.
Bununla yanaşı, saytın ən innovativ funksiyalarından biri olan mənzil müqayisə bölməsi alıcılara eyni anda bir neçə mənzilin texniki və maliyyə göstəricilərini paralel şəkildə analiz etməyə, daha doğru qərar verməyə imkan yaradır.• Mənzilləri müqayisə et, rahat seçim et.
Yeni sayt həm də vizual təcrübəni gücləndirən alətlərlə zəngindir.