Kristensen Barselona dan ayrılacaq

07.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın “Barselona” komandası yayda futbolçusu Andreas Kristensenlə yollarını ayıracaq.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçinin tez-tez zədə alması və maliyyə şərtləri səbəbindən mövsümün sonunda müqaviləyə vaxtından əvvəl xitam verəcək.

Danimarka millisinin üzvü bu mövsüm 3 matçda cəmi 123 dəqiqə oynamaq şansı əldə edib.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” komandası Andreas Kristensenin transferində maraqlıdır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью