Kristensen Barselonanı tərk edir

18.02.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona"nın mərkəz müdafiəçisi Andreas Kristensen İngiltərəyə qayıda bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "El Nacional"a istinadən xəbər verir ki, "Tottenhem" "Çelsi"nin 28 yaşlı keçmiş oyunçusunun transferi üçün 12,5 milyon funt-sterlinq (təxminən 15 milyon avro) ödəməyə hazırdır.

"Barselona" mərkəz müdafiəçisi üçün təklifləri nəzərdən keçirəcək.

Andreas Kristensen 2022-ci ilin yayında azad agent kimi Kataloniya klubuna keçib.

Futbolçunun apreldə 29 yaşı tamam olacaq, onun müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью