Icma.az, sport24.az saytına istinadən bildirir.
"Əl-Nəsr"in hücumçusu və kapitanı Kriştiano Ronaldo bu yay Səudiyyə Ərəbistanı klubundan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
Mənbənin sözlərinə görə, portuqaliyalı hücumçunun müqaviləsindəki sərbəst qalma maddəsi 50 milyon avrodur.
Ronaldo ötən gün Səudiyyə Ərəbistanı Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan "Əl-Riyad"a (1-0) qarşı oyunda heyətə daxil edilməyib.
40 yaşlı portuqaliyalının sponsorların kluba yetərincə investisiya ayırmadığından narazıdır və bu səbəbdən "Əl-Riyad"la matçı boykot etdiyi bildirilib. Bunun əsas səbəbi Kərim Benzemanın "Əl-İttihad"dan "Əl-Hilala" keçidi olub.