Kriştiano Ronaldo Almeriya nın səhmdarı olur

17.05.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kriştiano Ronaldo İspaniyanın 2-ci Liqasında klub sahibi ola bilər.

İdman.biz xəbər verir ki, portuqaliyalı ulduz "Almeriya"nın səhmlərini əldə etmək arzusundadır.

Ronaldonun klubun səudiyyə ərəbistanlı səhmdarı "SMC Group"un rəhbəri Mohamed Əl-Hereyci ilə yaxşı münasibləri var. Əl-Hereycinin 2022-ci ildə Kriştianonun "Əl-Nəsr"ə keçməsində əsas rollardan birini oynadığı bildirilir.

Qeyd edək ki, "Almeriya" Sequndada 39 turdan sonra 62 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın sona 3 tur qalmış La Liqaya yüksəlmək şansları davam edir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью