Kriştiano Ronaldo Əl Nəsr klubunun ortağı ola bilər

20.10.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu 184 milyon avro borca görə satışa çıxarıla bilər. Komandanın ulduz futbolçusu Kriştiano Ronaldo isə klubun səhmlərinin 20 faizini əldə edə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" nəşrinin məlumatlarına istinadən "The Touchline" sosial şəbəkə hesabı məlumat yayıb.

Məlumata görə, "Milan" və "Tuluza" klublarının sahibi olan "RedBird Capital Partners" investisiya şirkəti "Əl-Nəsr"ə mümkün investisiya yatırımları ilə bağlı danışıqlar aparır.

Bildirilir ki, portuqaliyalı hücumçu Kriştiano Ronaldo da klubun səhmlərinin 20 faizədək hissəsini almağı nəzərdən keçirə bilər. Bu halda futbolçu çıxış etdiyi komandanın həm oyunçusu, həm də ortaq sahibi ola bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında cari mövsümün səkkiz turundan sonra "Əl-Nəsr" 19 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda lider "Əl-Hilal"dan 5 xal geri qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью