Kriştiano Ronaldo “Fənərbağça”ya transfer olunacaq? Video

12.11.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılaraq “Fənərbağça”ya keçə biləcəyi barədə iddia ortaya atılıb.
Bizim.Media Türkiyənin “Haberler” nəşrinə istinadən xəbər verir ki, mümkün transferdə Hakan Safinin Ronaldonu razı salacağı və sponsorluq edəcəyi, Ali Koç və Hamdi Ulukayanın isə maliyyə dəstəyi göstərə biləcəyi bildirilir.
Jurnalist Yağız Sabuncuoğlu da vasitəçi menecerin Ronaldonun Türkiyəyə transfer ehtimalını araşdırdığını açıqlayıb.
Məlumata görə, futbolçunun illik maaşının təxminən 50 milyon avro olacağı ehtimal edilir.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayınadək qüvvədədir.
Qeyd edək ki, transferlə bağlı nə klublardan, nə də futbolçunun nümayəndələrindən rəsmi açıqlama verilib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью