Kriştiano Ronaldo futbol tarixində ilk oyunçu

31.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbol tarixində klub səviyyəsində 700 qələbə qazanan ilk oyunçu olub.

İdman.biz xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Portuqaliyalı futbolçu “Sportinq”də 13, “Mançester Yunayted”də 214, “Real”da 316, “Yuventus”da 91, “Əl-Nəsr”də isə 66 qələbə qazanıb.

Ronaldo həmçinin karyerası ərzində vurduğu qolların sayını 921-ə çatdırıb. 39 yaşlı forvard klub yarışlarında 786, Portuqaliya millisində isə 135 dəfə fərqlənib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью