Kriştiano Ronaldo Junior qol hesabını açıb

18.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Kriştiano Ronaldo Junior Portuqaliya millisində qol hesabını açıb.

İdman.biz xəbər verir ki, Kriştiano Ronaldonun oğlu U-15 komandasının hazırda Xorvatiya ilə davam edən final matçının (2:1) ilk hissəsində dubl edib.

Onun vurduğu qolları atası kimi "SIU" qışqıraraq qeyd etdiyi diqqətdən yayınmayıb.

Kriştiano Ronaldo Junior Portuqaliyanın yeniyetmələr millisi ilə Xorvatiyada Vlatko Markoviç turnirində çıxış edir və qrupdakı üç oyunda rəqib qapılarına yol tapa bilməyib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью