sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səudiyyə Ərəbistanı çempionatının 9-cu turunda "Əl-Nəsr" səfərdə "Əl-Əhli"yə 1:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, oyunun 18-ci dəqiqədə qonaq komandanın hücumçusu Kriştiano Ronaldo penaltini qola çevirə bilməyib.
O, buna qədər artıq bir dəfə adını tabloya yazdırmışdı.
Qeyd edək ki, 41 yaşlı portuqaliyalı ulduz üçün bu, karyerasında qaçırdığı 38-ci penalti olub. O, indiyədək yerinə yetirdiyi penaltilərin 184-ünü dəqiq yerinə yetirib (82,9%).