Kriştiano Ronaldo məşqlərə qoşuldu

10.02.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Əl-Nəsr"in lideri Kriştiano Ronaldo komandanın boykotuna son qoyub. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Klub rəhbərliyi bütün ödənilməmiş əmək haqqını işçilərinə ödədiyi, icraçı və idman direktoru vəzifələrində çalışan Xose Semedo və Simao Koutinyonun səlahiyyətlətini bərpa etdiyi üçün 41 yaşlı futbolçunun məşqlərə qayıtdığı bildirilir.

Qeyd edək ki, portuqaliyalı ulduz bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. "Əl-Nəsr" Səudiyyə Pro Liqasında "Əl-Hilal"dan bir xal geridə qalaraq ikinci yerdədir. Xorxe Jesusun komandası növbəti oyununu fevralın 11-də Asiya Çempionlar Liqasında Türkmənistanın "Arkadag" komandası ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью