Kriştiano Ronaldo narazı qalıb FOTO

15.03.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kriştiano Ronaldo "Əl-Xolud"la qarşılaşmanın (3:1) 61-ci dəqiqəsində əvəzlənməsindən narazı qalıb.

İdman.biz xəbər verir ki, məyus görünən “Əl-Nəsr”in forvardı meydandan çıxınca əllərini yuxarı qaldıraraq dərhal paltardəyişmə otağına gedib.

40 yaşlı portuqaliyalı oyunun 4-cü dəqiqəsində hesabı açıb. Səudiyyə Ərəbistanı çempionatında 19-cu qolunu vuran futbolçu bombardirlər yarışında liderliyini möhkəmləndirib.

Qeyd edək ki, Ronaldo liqada son yeddi matçın 4-də əvəzlənib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью