Kriştiano Ronaldo “Real”ın prezidentinə niyə zəng edib?

14.04.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo "Real"ın prezidenti Florentino Pereslə əlaqə saxlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Kral klubu”nun keçmiş oyunçusu Peresdən “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşi transfer etmək imkanını nəzərdən keçirməyi xahiş edib.

İngiltərə klubu 30 yaşlı portuqaliyalıya 90 milyon avro qiymət qoyub. "Mançester Yunayted"lə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd olunur ki, "Real" portuqaliyalını belə bir məbləğə transfer etməyə hazır deyil, lakin ona maraq var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью