Dogru.az saytına istinadən Icma.az xəbər verir.
Ötən gecə “Əl Nəsr” klubu evdə “Əl Tayvun” klubunu qəbul edib.
Offsideplus.az xəbər verir ki, meydan sahibləri 2:1 hesablı qələbə qazanıb və qələbə qolunu portuqaliyalı ulduz Kriştiano Ronaldo vurub.
Bu qol onun üçün əlamətdar olub.
Kriştiano “Əl-Nəsr”in heyətində Səudiyyə Ərəbistanı Peşəkar Liqasının (RSL) bütün zamanların ən çox qol vuran futbolçusu oldu.
Kriştiano Ronaldo bu qolla karyerasında 978-ci qolunu vurmuş oldu.
Kriştiano yubiley 1000 qol həddinə çatmaq üçün artıq yalnız 22 qol uzaqdadır.
DOĞRU.AZ