Kriştiano Ronaldo və Lebron Ceyms...

26.01.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Şimali Amerikanın nüfuzlu “Sportico” nəşri ötən ilin ən yüksək ödənişli kişi idmançılarının siyahısını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu kateqoriyada “Əl-Nəssr”in hücumçusu Kriştiano Ronaldo hamıdan öndədi.
40 yaşlı portuqaliyalı 260 milyon dollar gəlirlə 1-ci yeri tutub. Meksikalı boksçu Saul Alvares (137 milyon) ikinci, argentinalı futbolçu Lionel Messi (130 milyon) üçüncü olub.
2025-ci ilin ən yüksək ödənişli idmançıları (milyon dollar ilə)
1. Kriştiano Ronaldo (futbol) 260
2. Saul Alvares (boks) 137
3. Lionel Messi (futbol) 130
4. Xuan Soto (beysbol) 129,2
5. Lebron Ceyms (basketbol) 128,7
6. Kərim Benzema (futbol) 115
7. Stefen Karri (basketbol) 105,4
8. Sehey Otani (beysbol) 102,5
9. Kevin Dürant (basketbol) 100,8
10. Con Ram (qolf) 100,7
Xatırladaq ki, Ronaldo ötən il də eyni məbləği qazanmaqla reytinqin lideri idi. Onda 2-ci yeri Stefen Karri (153,8), 3-cü yeri isə Tayson Füri (147) tutmuşdu.
“Sportico” ötən il ən çox qazanan basketbolçuların da siyahısını açıqlayıb. Bu göstəricidə 1-ci yerdə dördqat MBA çempionu, əfsanəvi Lebron Ceyms qərarlaşıb.
2025-ci ilin ən yüksək ödənişli basketbolçuları (milyon dollar ilə)
1. Lebron Ceyms (Leykers) 128,7
2. Stefen Karri (Qolden Steyt) 105,4
3. Kevin Dürant (Hyuston) 100,8
4. Yannis Adetokunbo (Miluoki) 94,3
5. Entoni Edvards (Minnesota) 62,2
6. Coel Embiid (Filadelfiya 76) 61
7. Ceyson Teytum (Boston) 60,4
8. Cimmi Batler (Qolden Steyt) 60,3
9. Nikola Yokiç (Denver) 60,2
10. Devin Buker (Finiks) 59

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью