Kriştiano Ronaldo: Vicdanım rahatdır, əlimdən gələnin ən yaxşısını etdim

07.07.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vicdanım rahatdır, əlimdən gələni etdim".

BAKU.WS xəbər verir ki, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2026 ilə vidalaşmaları barədə danışarkən deyib.

41 yaşlı hücumçu ondan əvvəl Portuqaliyanın heç bir kuboku olmadığını, üç kuboku komandasına özünün qazandırdığını vurğulayıb:

"Üç kubok qazandım. Məndən əvvəl Portuqaliyanın heç bir kuboku yox idi. Buna görə də çox məmnunam. Əslində, milli komanda ilə qazandığım ən böyük uğur 2016-cı ildəki çempionluq idi. Səmimi deyirəm, bu, mənim üçün bir Dünya Çempionatı qədər dəyərli idi".

Xatırladaq ki, ötən gün DÇ-2026-nın 1/8 finalında İspaniyaya məğlub olan Portuqaliya ilə birlikdə Kriştiano Ronaldonun dünya çempionatlarındakı möhtəşəm səyahəti də sona çatıb.

İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra mundial karyerasının başa çatdığını təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью